Eldəniz Quliyev: “YeS” bloku prezident seçkilərində öz namizədi ilə iştirak etməlidir”

Eldəniz Quliyev: “YeS” bloku prezident seçkilərində öz namizədi ilə iştirak etməlidir”
# 26 iyul 2007 13:02 (UTC +04:00)
“Yeni Siyasət” bloku öz fəaliyyətini bərpa edə bilsə, o zaman prezident seçkilərində öz namizədi ilə iştirak etməlidir”. Bunu APA-ya açıqlamasında blokun Koordinasiya Şurasının üzvü, Azərbaycan Ziyalı Hərəkatının (AZH) sədri Eldəniz Quliyev verib. Onun sözlərinə görə, bu ilin payızında blokun fəaliyyəti bərpa olunacaq və bundan sonra seçkilərlə bağlı müzakirələr başlayacaq. E. Quliyev hesab edir ki, növbəti seçkilər ərəfəsində siyasi proseslər kifayət qədər fəallaşacaq, xeyli namizədlər ortaya çıxacaq: “Biz istəmirik ki, namizədimiz blokdan kənarda olsun. Buna görə də çalışacağıq ki, Koordinasiya Şurasının üzvlərinin biri öz namizədliyini irəli sürsün”. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun namizəd olacağı ilə bağlı mətbuatda səslənən fikirlərə gəldikdə, E. Quliyev bunu istisna etməyib: “Eldar Namazovun son vaxtlar göstərdiyi aktiv siyasi fəaliyyət onun namizəd ola biləcəyini göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR