Bank Of Baku

Rusiya Ermənistandakı hərbi kontingentinin sayını artırmağı planlaşdırmır

Rusiya Ermənistandakı hərbi kontingentinin sayını artırmağı planlaşdırmır
# 26 iyul 2007 14:04 (UTC +04:00)
Rusiya Ermənistandakı hərbi kontingentinin sayını artırmağı planlaşdırmır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak məlumat verib. O, Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxmadığını, sadəcə, anlaşmada iştirakına moratorium qoyduğunu bildirib: “Biz çox istəyirik ki, Qərbdəki tərəfdaşlarımız bu siqnalı dəqiq anlasınlar. Onlar Rusiyadan fərqli olaraq indiyədək heç bu müqaviləni ratifikasiya etməyiblər. Müqaviləni Rusiya ilə yanaşı, Qazaxıstan və Belarus ratifikasiya edib”. Buşəhrdə (İran) Atom Elektrik Stansiyasının tikintisinə də toxunan S. Kislyak Rusiyanın bu layihəni sona çatdırmaqda qərarlı olduğunu vurğulayıb: “Bu məsələ siyasi yox, iqtisadi xarakterlidir. Hazırda məsləhətləşmələr gedir və mən ümid edirəm ki, müvafiq subyektlər bu məsələni həll edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR