Bank Of Baku

Metyu Brayza Azərbaycana gəlir

Metyu Brayza Azərbaycana gəlir
# 26 iyul 2007 15:01 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik APA-ya bildirib ki, Bakıdan öncə Metyu Brayza İrəvanda səfərdə olacaq. Diplomatın sözlərinə görə, M. Brayzanın regiona səfərinin əsas məqsədi həmsədr kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq deyil. İrəvan və Bakıda keçiriləcək görüşlərdə, əsasən, ikitərəfli münasibətlər müzakirə olunacaq. Bununla belə, C. Henik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin də danışıqların əsas mövzularından olacağını vurğulayıb.
Qeyd edək ki, avqustun 2-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskvada məsləhətləşmələr aparacaq, həmin görüşə amerikalı həmsədr Metyu Brayza da qatılacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR