Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq sentyabrda Azərbaycana gələcək

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq sentyabrda Azərbaycana gələcək
# 26 iyul 2007 15:31 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin Azərbaycana səfəri sentyabrın ilk dekadasına planlaşdırılır. Bu barədə APA-ya komissarın ofisindən məlumat verilib. Hazırda səfərin vaxtı dəqiqləşdirilir. Bir həftəyə yaxın davam edəcək səfər üç hissədən ibarət olacaq: hökumət səviyyəsində görüşlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hakimlər və vəkillərlə görüşlər, həbsxanalar, polis məntəqələri, uşaq evləri, qaçqın düşərgələri, əlillər və zorakılığa məruz qalmış qadınlar üçün mərkəzlər, ruhi xəstələrin müalicə olunduğu tibb müəssisələrini ziyarət. T. Hammerberq səfərin yekunları əsasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məruzə hazırlayacaq. Komissarın ofisindən bildiriblər ki, məruzənin hazırlanması üçün 3-4 ay vaxt tələb olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR