Bank Of Baku

Sabir Rüstəmxanlı: “2008-ci il prezident seçkiləri müxalifət üçün əvvəlki seçkilərdən daha çətin olacaq”

Sabir Rüstəmxanlı: “2008-ci il prezident seçkiləri müxalifət üçün əvvəlki seçkilərdən daha çətin olacaq”
# 26 iyul 2007 15:41 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri müxalifət üçün əvvəlki seçkilərlə müqayisədə daha çətin olacaq”. Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Onun sözlərinə görə, indiki vəziyyətdə müxalifət partiyaları arasında ümumi birlik yoxdur ki, bu da bir sıra problemlər ortaya çıxardacaq: “Digər tərəfdən, 2003-cü il seçkilərində İlham Əliyev ölkədə o qədər də tanınmırdı, müxalifətin əlində müəyyən arqumentlər vardı. O arqumentlərin əksəriyyəti artıq əldən çıxıb və müxalifət həmin dövrə nisbətən daha zəif mövqedədir. Ona görə də müxalifət yerdə qalan vaxt ərzində müəyyən mövqe, fikir yaxınlığına nail olmalıdır. Qarşılıqlı ittihamlar səsləndirməkdən, ona buna böhtan atmaqdan əl çəkib öz proqramını ortaya qoymalı, millətə açıq şəkildə bildirməlidir ki, nə etmək istəyir. Yalnız bundan sonra seçkilərdə nəsə əldə etmək barədə danışmaq mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR