Lalə Şövkət: “Müsavat Partiyasının bir neçə funksioneri mənə qarşı kampaniya aparır”
- Blok fəaliyyətini davam etdirir, Sədrlər Şurasının iclasları keçirilir. Bu gün ümumilikdə Azərbaycanda durğunluq var, siyasi fəaliyyət üçün heç bir imkan qalmayıb. Hətta AXCP-nin yaranmasının ildönümü ilə bağlı ziyafət keçirilməsinə imkan vermədilər. Biz bütün siyasi fəaliyyət imkanlarından - sərbəst toplaşmaq azadlığından, rayonlarda yerli təşkilatlarla görüşlərdən, hətta kiçik tədbirlər keçirməkdən məhrumuq. Digər tərəfdən, azad mətbuata basqılar var. Bütün nüfuzlu beynəlxalq təşkilatlar öz tənqidlərini bildirsələr də, müxalifətə, azad mətbuata təzyiqlər davam edir. Ona görə də bu gün Azərbaycanda siyasi müxalifət olmaq çox çətindir.
- Siyasi durğunluq nə vaxta kimi davam edəcək?
- Bu, siyasi partiyalardan və müxalifətdən asılı deyil. Müxalifətin hər bir hərəkəti insanlarla, millətlə bağlıdır. Bu gün insanlarda böyük passivlik, biganəlik var. Bu da siyasi meydana sirayət edir. İnsanların bu passivliyi iqtidarın daha da qabağa gedərək təzyiqləri davam etdirməsinə şərait yaradır. İnsanlar təzyiqlərin qarşısında durub öz hüquqlarını müdafiə etməlidir. Bu, təkcə onların şəxsi hüquqları deyil, siyasi partiyaların, mətbuatın hüququdur. Amma bu gün təzyiqlərə qarşılaşan müxalifət bir tərəfdə, passiv möqeydə dayanmış millət bir tərəfdədir. Kütləvi aksiyalarda qocaya, cavana baxmadan zorakılığa əl atılması insanlarda qorxu hissini artırır.
- Belə bir şəraitdə 2008-ci il prezident seçkilərində müxalifətin perspektivini necə görürsünüz?
- Müxalifət həmişə olub və olacaq. Bircə Allaha qarşı müxalifət olmur. Müxalifətsiz heç nə alınmayacaq. Güclü müxalifət güclü demokratiya, güclü, sivil ölkə deməkdir. Mən düşünürəm ki, bu şərait çox davam edə bilməz. Elə bir an çatacaq ki, biz öz sözümüzü deyəcəyik.
- Son günlər Müsavat Partiyası ilə Liberal Partiyası arasında səslənən qarşılıqlı ittihamlara münasibətiniz necədir?
- Mən bu məsələlərə şərh verməmişəm və bundan sonra da belə fikrim yoxdur. Əvəz Temirxanın açıqlamalarını oxuyuram, “Yeni Müsavat”ın mənə qarşı apardığı kampaniyadan da xəbərim var. Amma neçə aydır ki, daha həmin qəzeti də oxumuram.
- Bu kampaniya yalnız qəzet tərəfindən aparılır, yoxsa Müsavat Partiyasının rəhbərliyi tərəfindən təşkil olunur?
- Kampaniya, əsasən, qəzetdə gedir. Amma dəqiq bilirəm ki, bunu partiyanın bir neçə funksioneri aparır. Gəlin, açıq danışaq, Lalə Şövkəti bir kənara qoyaq. Mən çox təəssüf edirəm ki, bu qəzet İsa Qəmbərin imicidir. Həmin qəzet öz təsisçisi İsa Qəmbərə böyük zərər və xələl gətirir. Mənə qarşı yazılan 3-4 məqalə oxudum və iyrəndim ki, Müsavat adı ilə çıxan qəzetdə belə yazılar gedir. Vaxtilə “Səs” qəzeti bu səviyyədə idi. İndi “Səs” qəzeti onlardan çox-çox yüksək səviyyədədir, inkişaf edib. “Yeni Müsavat” qəzeti ən çox İsa Qəmbərə zərbə vurur. Vaxtilə mənim də qəzetim çıxırdı. Amma o qəzetdə heç bir siyasi liderə qarşı kampaniya aparılmadı.
- Bu kampaniyanın səbəbləri Sizə məlumdurmu?
- Belə başa düşürəm ki, parlamentdən imtina etməyim və “Azadlıq” blokunun qərarlarına şərik çıxıb, öz imzama sadiq qalmağım yəqin onların təcrübəsində və Azərbaycan siyasətində anormal bir addım kimi qarşılanır. Artıq öz imzasına hörmət etməmək cəmiyyətdə normaya çevrilib. Söz bir tərəfdə, imza bir tərəfdə, əməl isə tamam başqa tərəfdədir. Sözlə əməlin arasında böyük uçurum yaranıb. Mən isə özümə hörmət edən insanam. Mənə qarşı apardıqları kampaniya, təşkil etdikləri yazılar bumeranq kimi özlərinə qayıdır. Həmin yazılara görə özünə hörmət edən adamlar bu qəzeti alıb oxumurlar. Başa düşürlər ki, səviyyə əvvəlki səviyyədir.
- Siyasi şərait dəyişməsə, “Azadlıq” bloku prezident seçkilərini boykot edəcəkmi?
- Demokratik seçkilərin keçirilməsi üçün irəli sürdüyümüz tələblər yerinə yetirilməsə, bu, seçki olmayacaq. O zaman da biz dekorasiya rolunu oynaya bilmərik.
- Bəzi müxalifət partiyaları yeni birlik yaratmaqla bağlı danışıqlara başlayıb. “Azadlıq” blokunun bu danışıqlardan imtinasının səbəbi nədir?
- “Azadlıq” bloku konkret mövqe üzərində formalaşıb. Bu mövqe parlament seçkiləri ilə bağlıdır. Əgər hansısa birlik yaranırsa, o birliyin prinsipləri olmalıdır. Elə-belə birlik yarana bilməz. Biz onlara da uğurlar azrulayırıq. Amma onu da qeyd edirik ki, biz “Azadlıq” blokundan kənarda yaranan birliklərə qoşulmaq fikrində deyilik. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib