Bank Of Baku

ABŞ Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin inşasına dair hökumətlərarası sazişin imzalanmasını alqışlayıb

ABŞ Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin inşasına dair hökumətlərarası sazişin imzalanmasını alqışlayıb
# 27 iyul 2007 09:18 (UTC +04:00)
Corc Buş administrasiyası İtaliya, Yunanıstan və Türkiyəni Xəzər hövzəsindəki təbii qazın Avropaya nəqli üçün yeni alternativ boru xəttinin tikintisi ilə bağlı imzalanan razılaşma münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak açıqlama verib. O, Romada Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin inşasına dair hökumətlərarası sazişin imzalanmasını alqışladıqlarını bildirib: “Bu saziş ABŞ və Avropa Birliyinin qətiyyətli dəstəyi ilə Xəzər dənizindən təbii qazın nəqlinin diversifikasiyası və regionun iqtisadi inkişafı yolunda hər üç ölkənin göstərdiyi cəhdlərin nəticəsidir. Bu cəhdlər son onillik ərzində Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz boru xəttinin tikintisi üçün ABŞ, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sıx əməkdaşlığın, bu əməkdaşlığa avropalı tərəfdaşların da cəlb olunmasının yeni bir nümunəsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR