Bank Of Baku

ADP 24 rayonda yeni yerli təşkilat formalaşdıracaq

ADP 24 rayonda yeni yerli təşkilat formalaşdıracaq
# 27 iyul 2007 12:01 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) buraxılmış rayon təşkilatlarının yenidən təsis olunması üçün payızdan konfranslar keçiriləcək. Partiya sədrinin birinci müavini Həsrət Rüstəmov APA-ya verdiyi açıqlamada bildirib ki, Rəsul Quliyev ADP-dən ayrılan zaman partiyanın 10 rayon təşkilatının buraxılıb. Sədr müavini həmçinin bu vaxta qədər 12 rayonda da yerli təşkilatın olmadığını qeyd edib. O, ümumilikdə 24 rayonda ADP-nin yerli təşkilatının yaradılması istiqamətində iş getdiyini bildirib: “Biz əsas fəaliyyətimizi 2010-cu il parlament seçkilərinə yönəltmək istəyirik. Buna görə də hansı dairədə namizədlərimiz olacaqsa, o rayonlarda xüsusi fəallıq göstərmək, yerli təşkilatların işini gücləndirmək fikrindəyik. 30-40 rayonda namizədimizin hazırlanması barədə düşünürük”. H. Rüstəmov hazırda ADP-nin 50 rayonda yerli təşkilatının olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR