Elmar Məmmədyarov: “Ermənistana qeyri-qanuni silah satdığına görə Azərbaycan Albaniyaya bu gün nota verəcək”

Elmar Məmmədyarov: “Ermənistana qeyri-qanuni silah satdığına görə Azərbaycan Albaniyaya bu gün nota verəcək”
# 27 iyul 2007 12:58 (UTC +04:00)
Nazir xüsusi olaraq vurğulayıb ki, BMT-nin qətnaməsinə əsasən, münaqişə vəziyyətində olan ölkələrə heç bir ölkə silah sata bilməz. Qeyd edək ki, bu günlərdə Türkiyə hakimiyyət orqanları Albaniyadan göndərilən böyük miqdarda silah və sursatların ölkə ərazisindən tranzit kimi istifadə edilərək Ermənistana göndərilməsinə icazə verməyib. İçərisində ağır artilleriya və sursat yüklənmiş 60 konteyner olan gəmi İstanbul limanından geri qaytarılıb. “Pinari” markalı silahların ticarəti ilə məşğul olan MEİKO şirkətinin direktoru isə bəyan edib ki, Ermənistanla Azərbaycan arasındakı müharibənin Albaniyaya heç bir dəxli yoxdur: “Ermənistana silah satışı qanun çərçivəsində həyata keçirilib və bütün proseduralara riayət olunub. Biz hazırda silahın Ermənistana göndərilməsi üçün digər marşrutları nəzərdən keçiririk”. MEİKO direktorunun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi şirkətlə əlaqə saxlayaraq 75 mm-lik və 122 mm-lik artilleriya qurğularından ibarət böyük partiya silah sifariş edib. Sifarişi öyrənən MEİKO şirkəti Ermənistanda müvafiq şəxslərlə əlaqə saxlayıb və saziş bağlayıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR