Bank Of Baku

AMİP-in keçmiş qərargahla bağlı sənədləri itib

AMİP-in keçmiş qərargahla bağlı sənədləri itib
# 27 iyul 2007 15:43 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qərargahla bağlı sənədlərini itirdiyi üçün məhkəmədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıra bilmir. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uzun müddətdir sənədlərin axtarılması prosesi gedir, amma bu sənədlər tapılmayıb. Axtarış nəticəsində bəlli olub ki, tez-tez qərargahını dəyişən AMİP-in bu köçmələri zamanı sənədlər itib. Buna görə də partiya öz qərargahı ilə bağlı iddia qaldırmaq üçün keçmiş sənədlərin surətlərini dövlət qurumlarından və arxivlərdən yenidən əldə etmək məcburiyyətində qalıb. Yalnız bu sənədlər əldə olunduqdan sonra dövlət komitəsi ilə bağlı məhkəməyə müraciət olunacaq. Müraciətin sentyabrda edilməsi planlaşdırılıb. İddiada komitənin siyasi qurumu qanunauyğun olaraq müvafiq yerlə təmin etməsini tələb ediləcək. Qeyd edək ki, AMİP 2001-ci ildə Rəsulzadə qəsəbəsində yerləşən qərargahından çıxarılıb. Binanın 2500 kvadrat metr ərazisi olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR