Bank Of Baku

ACP heç bir siyasi bloka qoşulmayacaq

ACP heç bir siyasi bloka qoşulmayacaq
# 28 iyul 2007 08:56 (UTC +04:00)
“İndiki məqamda müxalifət partiyalarının yeni ittifaqının məqsədi və hədəfləri bəlli deyil. Əgər qarşıya qoyulan məqsəd heç kimə bəlli deyilsə və hər kəs fərqli məqsədlərdən danışırsa, o zaman belə bir ittifaqda perspektiv görmürəm”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov bildirib. Onun sözlərinə görə, yeni ittifaqın yaranması prosesinin ilk günlərində ACP də bu danışıqlarda iştirak edib. Amma birliyin məhz hədəflərinin bəlli olmadığını gördükdə, prosesdən uzaqlaşıb. Y. Abbasov ACP-nin bundan sonrakı mərhələdə heç bir siyasi bloka qoşulmayacağını bildirib: “Azadlıq” bloku və digər siyasi partiyalarla ikitərəfli əməkdaşlıq etmək nəzərdə tutulurdu, bu istiqamətdə danışıqlar da aparılmışdı. Amma biz milli forum keçirdik və həmin partiyaların bu foruma münasibətini gördükdən sonra birgə fəaliyyət üçün ciddi problemlər ortaya çıxdı. Onlar milli məsələlərə tam biganə yanaşdılar və buna görə də biz hələlik əməkdaşlıqla bağlı danışıqları dayandırmışıq”. Y. Abbasov prezident seçkiləri ərəfəsində danışıqların bərpa olunmasını mümkün sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR