Bank Of Baku

122 Saylı Xankəndi Dairə Seçki Komissiyası fəaliyyət göstərə bilmir

122 Saylı Xankəndi Dairə Seçki Komissiyası fəaliyyət göstərə bilmir
# 28 iyul 2007 10:45 (UTC +04:00)
122 Saylı Xankəndi Dairə Seçki Komissiyası (DSK) bir müddətdir ki, fəaliyyət göstərə bilmir. DSK sədri Allahverdi Doluxanovun APA-ya verdiyi məlumata görə, buna səbəb DSK-nın yerləşdiyi “Radiozavod”un inzibati binasında əsaslı təmir işlərinin aparılmasıdır. Onun sözlərinə görə, “Radiozavod” Müdafiə Sənayesi Nazirliyinə verilib və zavodun balansında təkmilləşdirmə institutunun yaradılması nəzərdə tutulur. Buna görə də 4 mərtəbəli binada əsaslı təmir işləri başlayıb: “Təmir işləri başlayandan otaqlar bərbad vəziyyətə düşüb və hətta bizim bir sıra sənədlərimiz də yararsız vəziyyətə salınıb. Hazırda o şəraitdə işləmək mümkün deyil. Digər tərəfdən, biz DSK-ya aid otaqların da təmir olunmasını gözləyirik. Hazırda bütün DSK-lar üçün yeni binalar tikilir, binası olanlar isə təmir edilir”. A. Doluxanov 122 saylı DSK-nın cəmi 4 otağının olduğunu qeyd edib və bu şəraitin normal fəaliyyət göstərməyə yararlı olmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR