Bank Of Baku

Arzu Abdullayeva Avropa Parlamentinin iclasına dəvət olunub

Arzu Abdullayeva Avropa Parlamentinin iclasına dəvət olunub
# 28 iyul 2007 11:06 (UTC +04:00)
Helsinki Vətəndaş Assambleyası (HVA) Azərbaycan bürosunun sədri Arzu Abdullayeva Avropa Parlamentinin avqustun 27-də keçiriləcək iclasına dəvət olunub. Büro sədri APA-ya bildirib ki, iclasda Azərbaycan və İordaniyada mətbuatın vəziyyəti, söz azadlığının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikolaş Haraşti Azərbaycanda söz azadlığının vəziyyəti mövzusunda çıxış edəcək. A. Abdullayeva da toplantıda məruzə ilə çıxış edəcəyini bildirib. O, mətbuata təzyiqlər, qəzetlər üzərindəki məhkəmə cərimələri və jurnalistlərin həbsi ilə bağlı avropalı deputatları məlumatlandıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR