Rəsul Quliyev: “Olmayan müxalifətin necə vahid namizədi ola bilər?”
- Açıq Cəmiyyət Partiyasının fəaliyyəti mövcud müxalifət partiyalarının fəaliyyəti kimi, qənaətbəxş deyil və sözsüz ki, məni qane etmir. Müsbət cəhət ondadır ki, partiyamızın liderləri başqalarından fərqli olaraq bunu səmimi etiraf edirlər. Bu da əsas verir ki, yaxın gələcəkdə onların ciddi proyekt üzərində işləyəcəklərini söyləyək.
- Açıq Cəmiyyət Partiyasının digər müxalifət partiyaları ilə məsafə saxlamaq və hər hansı ittifaqda təmsil olunmamaq mövqeyini necə qiymətləndirirsiniz?
- Bugünkü vəziyyətdə yaxınlaşıb və ya məsafədə dayanıb müxalifət düşərgəsində demokratiya uğrunda mübarizə aparmağın effekti eynidir. Hər iki halda bu effekt sıfıra bərabərdir. Bu gün Azərbaycan müxalifətinin əsas işi hər hansı beynəlxalq təşkilatın və ya ABŞ-ın verdiyi bəyanatlara ümid bağlayıb, onların Azərbaycanda demokratiya quracağına özlərini inandırmaqdan ibarətdir. Bu işi uzaqda dayanıb da görmək olar. Əgər söhbət görüntü yaratmaqdan gedirsə, fikrimcə, heç bir plan və proqram olmadan yaxınlaşma görüntüsü gözə kül üfürməkdən başqa bir şey deyil.
- Bir sıra partiya yeni ittifaq yaratmaq istiqamətində danışıqlara başlayıb. Lideri olduğunuz partiya birinci görüşdə iştirak etsə də, sonradan bundan imtina etdi. Bu nə ilə bağlıdır? Siz müxalifətin yeni birliyinin perspektivini görürsünüzmü?
- Allah ittifaq yaradanlara yar olsun. “İttifaq” Azərbaycan sözü olmasa da, yaxşı sözdür. Əsas məsələ odur ki, ittifaqı yaradanlar necə düşünürlər, bu, görüntü naminədirmi, ya müəyyən planları var və ən əsası planın yaradıcısı kimdir?
- Müşaviriniz Aydın Quliyev özünü Açıq Cəmiyyət Partiyasının üzvü hesab etmədiyini, partiyaya üzvlük ərizəsi yazmadığını və partiya rəhbərliyinin toplantılarının heç birində iştirak etməyəcəyini deyib. Onun partiyaya sədr seçilmək niyyətində olduğu və qurultaya hazırlıq prosesində Sizin ona dəstək verəcəyinizlə bağlı danışıqların olması haqda məlumatlar var. Siz Aydın Quliyevə doğurdanmı belə bir vəd vermisiniz?
- Mən heç kimə heç bir vəd verməmişəm. Partiya daxilində demokratik mübarizənin nə olduğunu anlatmaq naminə 50-dən çox partiya üzvünə seçim prosesində aktiv olmağı məsləhət görmüşəm. Ancaq buna nail ola bilmədim, yenə hamı ancaq mənim fikrimi öyrənmək istədi. Mən də qərarları partiya üzvlərinin uzun-uzadı fikirlərini öyrənəndən sonra qəbul etmişəm. Partiyaya üzvlük ərizə yazmaqla həll olunmur. Aydın Quliyevin partiya üzvü olmaması mənim üçün problem deyil. Çünki o, ACP liderinin müşaviri statusundadır. Sədr olmaq niyyətində olan insan tək mənim dəstəyimə arxalanmamalıdır, əlavə baza yaratmalıdır. Ancaq onun sədrlik iddiasında olmasından xəbərim olmayıb, çünki bu barədə heç vaxt söhbət aparılmayıb. Əgər mən nəyi isə vəd edirəmsə, hökmən yerinə yetirirəm. Bu həmişə belə olub. Ümumiyyətlə, mən çox nadir halda vəd verirəm.
- Açıq Cəmiyyət Partiyanın İdarə Heyətinin bəzi üzvləri bildiriblər ki, Nizamnaməyə görə 3 iclasda üzrsüz səbəbdən iştirak etməyən şəxs partiyadan uzaqlaşdırıla bilər. Onlar Nizamnamənin bu tələbinin Aydın Quliyevə şamil olunmasını istəyiblər. Siz bu mövqeni necə qiymətləndirirsiniz?
- Sovet imperiyasının dağılmasından 16 il keçib, gurultulu partiyadan xaric etmək, camaatı şoka salan bəyanatlar vermək və xalqın böyük məmnunluqla bu xəbərləri birinci oxumaq şakəri isə hələ də qalıb. Heç kimi heç vaxt Açıq Cəmiyyət Partiyasından xaric etmək prosesi olmayacaq. Vətəndaşın sözlə və ya yazılı şəkildə müraciəti kifayətdir ki, həmin dəqiqədən o partiya üzvü hesab edilməsin.
- “Bakı Xəbər” qəzetinin nəşrini dayandırmasına münasibətiniz necədir? Qəzetin nəşrinin dayandırmasının Aydın Quliyevin Sizə təzyiq vasitələrindən biri olduğu bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Qəzetin bağlanması onu da mənim kimi, bəlkə də məndən artıq məyus etdi. Cəhd göstərilir ki, qəzet yenidən fəaliyyətə başlasın, mən də onunla əvvəlki kimi intensiv olmasa da, tez-tez əlaqə saxlayıb müəyyən işləri görməyi xahiş edirəm. Ümumiyyətlə, qəzet redaktorunun kim olmasından asılı olmayaraq, mən hər gün onunla əlaqə saxlamışam. Təzyiqə gəldikdə, hansı təzyiqdən söhbət gedə bilər? Mənə belə boş şeylərlə təzyiq etməyi necə təsəvvür edirlər?!
- Qəzetin nəşrini bərpa etməsi üçün maliyyə yardımı göstərəcəksinizmi?
- Azərbaycanda nəşr olunan bir çox qəzet divar qəzeti - yaxşı halda ucuz bulvar qəzetləri səviyyəsindədir. Ən çox oxunan şok materiallar heç bir fakta söykənməyən şayiələr əsasında qurulur. Bu səpgili “müxalifət” qəzeti olmaqdansa, olmasa daha yaxşıdır. Düzdür “Bakı Xəbər” heç vaxt bu qəbildən olan qəzet olmayıb. Qəzetin triumf - yəni 10 min nüsxə ilə çıxan vaxtları da olub. Ona görə “bu xalq ciddi yazılara çoxda meylli deyil, ona ancaq şok-yalan xəbərlər vermək lazımdır” ideyası yaramaz ideyadır. Əgər bu qəzet nə vaxtsa çıxacaqsa, dediyim kriteriyalara uyğun olmalıdır. Bir çox şey var ki, hökuməti günahlandırmaq və tənqid etmək lazımdır. Ancaq təlxək qəzetlər buraxmaqla, hökuməti günahlandırmaq heç vəchlə düzgün deyil.
- Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov və sədr müavini Yaqub Abbasov bildirir ki, Rəsul Quliyev Seçki Məcəlləsinə dəyişiklik edilib-edilməməsindən asılı olmayaraq, 2008-ci il prezident seçkilərində iştirak edəcək. Amma Siz APA-ya müsahibənizdə bildirmişdiniz ki, azad seçki şəraitinə nail olunmayacağı halda, hamı seçkiləri boykot etməlidir. Seçkilərdə iştirakla bağlı fikrinizdə dəyişiklik varmı və namizədliyinizi irəli sürəcəksinizmi?
- Mən prezident seçkiləri ilə bağlı əvvəlki fikrimdə qalıram.
- Sizcə müxalifət partiyalarının vahid namizədinin müəyyənləşməsinə ehtiyac varmı?
- İlk növbədə, müxalifət partiyaları mövcud olduqlarını təsdiqləməli, birgə fəaliyyət göstərmək qabiliyyətlərini xalqa göstərməlidirlər. Olmayan müxalifətin necə vahid namizədi ola bilər? Vahid namizəd seçmək çox ağır və mürəkkəb bir prosesdir. Məsələn, bu gün qəzet səhifələrində adları hallanan 5 müxalifət lideri prezident seçkilərində vahid namizəd kimi iştirak edib seçkiləri udmaq və xalqın 5 illik liderinə çevrilmək istəyir. Deməli, bu beş lideri təmsil edən qüvvələrin nümayəndələrinin iştirakı ilə konfrans keçirilməli, orada hər bir namizəd özünün geniş proqramı ilə çıxış etməli, suallar olmalı, çıxışlar ətrafında müzakirələr getməlidir. Bu proses 5 gün, bəlkə də 10 gün davam edə bilər və nəhayət səsvermə yolu ilə bir nəfər vahid namizəd seçilməlidir. Həmin dəqiqədən bu qurum əvvəlcədən heç bir vəzifə alveri etməmək şərti ilə vahid komandaya çevrilməlidir. Əgər doğrudan da Azərbaycan xalqının demokratik gələcəyi kimlərisə düşündürürsə, həqiqətən plan və proqramları varsa, onu gəlib konfrans iştirakçıları qarşısında müdafiə etmək qabiliyyətinə malikdirlərsə, bu iş görülməlidir. Müxtəlif yollarla bəhanə axtarıb bu işi görmək istəməyənlərin sadəcə olaraq heç bir ideya və proqramı yoxdur, ümumiyyətlə hakimiyyətə gəlmək istəmir, müxalifətə özünün iş yeri kimi baxırlar. Hökumətdə işləyənlər müxtəlif yollarla pul toplasa da, kifayət qədər konkret işə görə məsuliyyət daşıdıqları halda, bəzi müxalifətçilər heç bir iş görmədən, heç bir məsuliyyət daşımadan bir çox imtiyazlara malikdir. Məsələn, mühafizəsi, katibələri, bazarlıq edənləri, maşınları və bir çox başqa şeyi var. İdeya yoxdursa, həyatda bundan gözəl nə ola bilər, kim bu həyatdan razı olmaz?
- Partiyanın adını “Açıq Cəmiyyət” seçilməsinə səbəb nədir? Bunun Corc Sorosun “Açıq Cəmiyyət İnstitutu” ilə hər hansı əlaqəsi varmı?
- Doğrusu, bəlkə də xəcalət çəkilməlidir, ancaq mən Sorosun Fondunun adının “Açıq cəmiyyət” olduğunu bilməmişəm. Mənim son 11 ildə verdiyim müsahibələr, yazdığım kitabların hamısında baş xətt açıq cəmiyyət yaratmaq ideyası olub və bu termindən həmişə bol-bol istifadə etmişəm. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib