Bank Of Baku

GUAM ölkələrinin nümayəndələri Yaponiyada seminar keçiblər

GUAM ölkələrinin nümayəndələri Yaponiyada seminar keçiblər
# 28 sentyabr 2007 12:12 (UTC +04:00)
Sentyabrın 16-dan 24-nə kimi GUAM ölkələrindən 4 dövlət məmuru və 4 enerji qənaəti üzrə mütəxəssis Yaponiyada keçirilmiş seminarda iştirak edib. APA-nın diplomatik mənbələrə istinadən məlumatına görə, bu seminarı keçirmək barədə təklif bu il iyunun 18-də Bakıda GUAM sammiti çərçivəsində keçirilmiş ilk GUAM-Yaponiya görüşündə səslənmişdi. Seminarın məqsədi Yaponiyanın enerji qənaəti siyasəti və texnologiyasını öyrənməklə GUAM ölkələrində stabilliyin, enerji təhlükəsizliyin qorunması və bazar iqtisadiyyatı inkişafını dəstəkləmək, GUAM ölkələrində enerji qənaəti haqqında əponiya dövlət məmurları və mütəxəssisləri ilə fikir mübadiləsi, enerji qənaəti texnologiyası sahəsində fəaliyyət göstərən müəssisələrlə tanış olmaq olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR