Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan üç nəfərin namizədliyi irəli sürülüb

Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan üç nəfərin namizədliyi irəli sürülüb
# 28 sentyabr 2007 13:15 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, ilk turda seçkilər baş tutmasa, ikinci tur oktyabrın 3-də keçiriləcək. Seçkilərdə Azərbaycandan üç nəfərin 2003-cü ildən bu qurumda Azərbaycanı təmsil edən Xanlar Hacıyevin, Ali Məhkəmənin hakimi Zakir Quliyevin və Prezidentin İcra Aparatında insan haqlarının qorunması məsələləri üzrə şöbədə müşavir vəzifəsində çalışan Səadət Novruzovanın namizədliyi irəli sürülüb. Qeyd edək ki, namizədlərin siyahısı üzv ölkələrin öhdəliklərinə uyğun olaraq bu ölkələr tərəfindən həyata keçirilib və Avropa Şurası Nazirlər Komitəsi iyunun 13-də keçirdiyi 988-ci saylı iclasında Avropa İnsan Haqları Məhkəməsinin tərkibinin bir hissəsinin yenilənməsi məqsədilə 16 ölkədən olan namizədlər siyahısını AŞPA-ya göndərib. Ümumilikdə AŞPA-nın payız sessiyasında Albaniya, Andorra, Avstriya, Azərbaycan, Danimarka, Ermənistan, Gürcüstan, İspaniya, İtaliya, Macarıstan, Moldova, Rumıniya, San-Marino, Makedoniya, Türkiyə və Ukraynadan olan hakimlərin namizədlər siyahısı üzrə səsvermə keçiriləcək. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR