Bank Of Baku

MSK sədri Məzahir Pənahov Ukraynaya gedib

MSK sədri Məzahir Pənahov Ukraynaya gedib
# 28 sentyabr 2007 14:15 (UTC +04:00)
Ukraynada sentyabrın 30-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti bu gün səhər Kiyevə yola düşüb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin səfəri oktyabrın 1-dək davam edəcək. 4 nəfərlik nümayəndə heyətinə MSK-nın sədri Məzahir Pənahov rəhbərlik edir. Azərbaycan tərəfini seçkiləri müşahidə etmək üçün bu ölkəyə Ukrayna Mərkəzi Seçki Komissiyası dəvət edib. Səfər həm də sözügedən MSK-lar arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən həyata keçirilir. MSK-nın digər nümayəndəsi isə ATƏT-in qısamüddətli müşahidə missiyasının tərkibində Ukraynaya yola düşüb. MSK nümayəndələrindən başqa Azərbaycan Milli Məclisinin 4 deputatı da Ukraynada keçirilən seçkiləri müşahidə etmək üçün bu ölkəyə gedəcəklər. Avropa Şurası Parlament Assambleyasının tərkibinə Qənirə Paşayeva, Eldar İbrahimov, Fərrux Zeynalov və Ərəstun Cavadov bu gün Kiyevə yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR