Bank Of Baku

Moskvada “Avrasiya qeosiyasətində Azərbaycan, Türkiyə və Rusiyanın yeri və rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Moskvada “Avrasiya qeosiyasətində Azərbaycan, Türkiyə və Rusiyanın yeri və rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcək
# 28 sentyabr 2007 14:38 (UTC +04:00)
Bu ilin oktyabr ayının 16-da Moskva şəhərində “Avrasiya qeosiyasətində Azərbaycan, Türkiyə və Rusiyanın yeri və rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. “APA-Economics”in məlumatına görə, bunu Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) vitse-prezidenti, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Əhmed Erentok bildirib.
Ə.Erentokun sözlərinə görə, Azərbaycanı bu konfransda ATİB rəsmiləri və ölkə parlamentinin vitse-spikeri Valeh Ələsgərov təmsil edəcəklər. Konfransın təşkilatçısı rolunda isə UBCCE çıxış edir.
Qeyd edək ki, cari ilin noyabr ayının 9-10-da Brüsseldə UBCCE təşkilatçılığı ilə UBCCE-yə üzv olan ölkələr arasında görüş keçiriləcək. Azərbaycanı bu toplantıda da ATİB təmsil edəcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR