Bank Of Baku

Milli Məclisin komissiya sədri: “Azərbaycanda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması mümkün deyil”

Milli Məclisin komissiya sədri: “Azərbaycanda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması mümkün deyil”
# 28 sentyabr 2007 14:57 (UTC +04:00)
“Hazırkı Seçki Məcəlləsi ilə parlament, prezident və bələdiyyə seçkiləri keçirilib. Bu Məcəllə Venesiya Komissiyasının iştirakı ilə hazırlanıb və təcrübədə də göründü ki, hazırkı sənədlə də rahat seçkilər keçirmək mümkündür”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar-siyasət komissiyasının sədri, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib. Millət vəkili Azərbaycanda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının mümkün olmadığını bildirib: “Çünki bu gün YAP-ın 400 min üzvü var, müxalifət isə hamısı bir yerə yığışsa, 40 nəfər olmayacaq. Bu tərəfləri necə bərabərləşdirmək olar? Ədalətli olmaq lazımdır, çoxun çox, azın az payı olur. Müxalifət öz sözünü deyir, biz də iqtidar olaraq öz fikrimizi bildiririk. Seçki Məcəlləsi çox demokratik hazırlanıb və beynəlxalq aləmi təmin edən maddələrin hamısı orada əks olunub. Ola bilsin, sənəddə cüzi şeylər dəyişsin. Amma komissiyaları paritet əsaslarla təşkil etmək prinsipi tətbiq oluna bilməz”. Millət vəkili seçki komissiyalarının müstəqillərdən formalaşdırılması ilə bağlı təkliflərin də əleyhinə olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR