Bank Of Baku

Nazim İbrahimov Latviya Seyminin vitse-spikeri Karina Petersone ilə görüşüb

Nazim İbrahimov Latviya Seyminin vitse-spikeri Karina Petersone ilə görüşüb
# 28 sentyabr 2007 15:14 (UTC +04:00)
Bu gün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Latviya Seyminin vitse-spikeri Karina Petersone ilə görüşüb. XÖYAİDK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xanım Petersone Latviyanın keçmiş inteqrasiya naziri kimi Azərbaycan dövlətinin diaspor sahəsində yürütdüyü siyasət, Dövlət Komitəsinin fəaliyyəti ilə maraqlanıb. Dünyada 12 milyon nəfərlik diasporumuzun olduğunu deyən N. İbrahimov qeyd edib ki, bu gün dünyada 300-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir: “Qarşıda duran mühüm məsələlərdən biri azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, onların ictimai-siyasi aktivliyinin artırılmasıdır”. K. Petersone Latviyadakı Azərbaycan diasporunun fəal olduğunu bildirib. Görüşdə Latviyanın Azərbaycandakı səfiri Mixails Popkovs və Azərbaycan Milli Məclisinin deputatı Məlahət Həsənova iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR