Bank Of Baku

Gənc siyasətçilər üçün təlim keçiriləcək

Gənc siyasətçilər üçün təlim keçiriləcək
# 28 sentyabr 2007 15:19 (UTC +04:00)
Demokratik İslahatlar Uğrunda Cəmiyyət və Hollandiyanın Liberal Partiyası (VVD) gənc siyasətçilər üçün Bakıda “Böhran danışıqlarının aparılması və kritik vəziyyətlərdən çıxış yolları” mövzusunda birgə təlim kursları təşkil edəcək. DİUC-un mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təlim gənc partiya üzvləri üçün oktyabrın 23-24-də keçiriləcək. Təlimdə Hollandiyanın Liberal Partiyasının mütəxəssisləri olan Anke Brus və Lucie Wiqboldus məruzə ilə çıxış edəcəklər. Təlimin keçirilməsində əsas məqsəd gənc siyasətçiləri seçki kampaniyaları və böhranla bağlı lazımı bilik və bacarıqlara yiyələndirməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR