Bank Of Baku

Azərbaycan Milli Məclisinin payız sessiyasını işıqlandırmaq üçün indiyədək 54 KİV qeydiyyatdan keçib

Azərbaycan Milli Məclisinin payız sessiyasını işıqlandırmaq üçün indiyədək 54 KİV qeydiyyatdan keçib
# 28 sentyabr 2007 15:33 (UTC +04:00)
Milli Məclisin (MM) payız sessiyasını işıqlandırmaq üçün 62 KİV orqanı akkreditasiya üçün müraciət edib. APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib. Mətbuat xidmətinin rəhbəri artıq 54 KİV-in qeydiyyatdan keçirildiyini deyib. Onun sözlərin görə, bunlardan 7-si televiziya, 5-i radio, 12-si informasiya agentliyi, 28-i qəzet, 2-si isə elektron media orqanıdır. Mətbuat konfransında iştirak MM Aparatının rəhbəri Səfa Mirzəyev vaxtlı-vaxtında işıq üzü görməyən mətbuat orqanlarının müraciətlərinə müsbət cavab verilmədiyini deyib. Aparat rəhbəri deyib ki, həmin mətbuat orqanları parlamentə informasiya toplamaq üçün deyil, şəxsi məqsədlər üçün gələnlərdir. S. Mirzəyev istiqamətindən asılı olmayaraq gündəlik mətbuat orqanlarının nümayəndələrinə rahat iş şəraitinin yaradıldığını da bildirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR