Bank Of Baku

Siyavuş Novruzov: “YAP-ın təşkil etdiyi konfransa bütün partiyalar dəvət edilmişdi”

Siyavuş Novruzov: “YAP-ın təşkil etdiyi konfransa bütün partiyalar dəvət edilmişdi”
# 28 sentyabr 2007 15:55 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının təşkil etdiyi beynəlxalq konfransa Azərbaycanın iqtidar və müxalifətdə olmasından asılı olmayaraq bütün partiyaları dəvət edilib”. Bu açıqlamanı APA-ya YAP Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov verib. Onun sözlərinə görə, dəvət edilən partiyaların əksəriyyətinin nümayəndələri bu toplantıda iştirak ediblər: “Təbirdə iştirak etməyənlərin bu addımı nə üçün atması isə onların öz problemləridir. Biz təşkilatçı olaraq bütün partiyalara bərabər yanaşaraq, onları tədbirə dəvət etmişdik”. S. Novruzov AXCP, Müsavat, ADP, AMİP, ALP-nin də tədbirə dəvət edildiyini bildirib. AXCP sədrinin müavini Həsən Kərimov, Müsavat başqanının müavini Mehman Cavadoğlu, AMİP katibi Əli Orucov və ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə sözügedən konfransla bağlı onlara heç bir müraciətin daxil olmadığını qeyd ediblər. Ə. Orucov bildirib ki, dəvət ediləcəyi halda onlar tədbirdə iştirak edəcəkdilər. Qeyd edək ki, konfransda müxalifəti Ədalət Partiyasının sədri İlyas İsmayılov, Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev təmsil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR