Bank Of Baku

Akif Nağı: “Hüquq-mühafizə orqanlarını məhkəməyə vermək üçün əlimizdə kifayət qədər əsas yoxdur”

Akif Nağı: “Hüquq-mühafizə orqanlarını məhkəməyə vermək üçün əlimizdə kifayət qədər əsas yoxdur”
# 28 sentyabr 2007 15:56 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) hüquq-mühafizə orqanlarını məhkəməyə verməyəcək. QAT sədri Akif Nağı APA-ya bildirib ki, bir neçə gün öncə QAT onların hərəkətlərinin məhdudlaşdırılması, bəzi təşkilat üzvlərini tutulması, o cümlədən quruma edilən təzyiqlərlə bağlı bir neçə polis idarəsi və Daxili İşlər Nazirliyi barədə məhkəmə instansiyalarına müraciət etməyi nəzərdə tutsa da, bu fikirdən yayınıblar. O, qərardan imtinaya səbəb kimi hüquq-mühafizə orqanları barədə məhkəməyə müraciət edilməsi üçün yetərli əsasın olmamasını göstərib. Qeyd edək ki, erməni idmançılarının Bakıda keçirilən güləş üzrə dünya çempionatına qatılmasına etiraz edən QAT bu məqsədlə kütləvi aksiyalar keçirməyi nəzərdə tutmuşdu. Bu aksiyaların qarşısının alınması üçün sentyabrın 17-ə qədər A. Nağı və təşkilatın üzvləri dəfələrlə polisə aparılıb və bir neçə saat saxlandıqdan sonra buraxılıblar. Sentyabrın 17-də isə A. Nağı evinin qarşısında polis tərəfindən saxlanaraq Xətai rayon Polis İdarəsinə aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR