Bank Of Baku

Səfa Mirzəyev: “Azərbaycanın Seçki Məcəlləsinə ediləcək dəyişiklərdə yeganə prinsipial məsələ şikayətlərə baxmaq üçün ayrıca komissiyaların yaradılmasıdır”

Səfa Mirzəyev: “Azərbaycanın Seçki Məcəlləsinə ediləcək dəyişiklərdə yeganə prinsipial məsələ şikayətlərə baxmaq üçün ayrıca komissiyaların yaradılmasıdır”
# 28 sentyabr 2007 16:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclis (MM) Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin payız sessiyasının başlanması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. MM Aparatının rəhbəri sözügedən komissiyalar yaradıldıqdan sonra daxil olan şikayətlərə baxılmasında operativliyin təmin edilməsi ilə yanaşı, peşəkarlığın da artacağını deyib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı qalan məsələlər prosedur xarakteri daşıyır ki, bunları da seçki prosesində təkmilləşdirmək mümkün olacaq. S. Mirzəyev, həmçinin, mövcud Seçki Məcəlləsi ilə yüksək səviyyəli seçkilərin keçirilməsinin mümkünlüyünü də vurğulayıb. MM aparatının rəhbəri “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, mövcud qanunda daha çox partiyadaxili məsələlər əksini tapıb: “Yeni qəbul ediləcək qanunda siyasi partiyalarla dövlət münasibətləri tənzimlənməlidir”. S. Mirzəyev üçüncü çağırış MM-də bu qanunun qəbul olunacağına inandığını deyib. MM Aparatının rəhbəri bu gün 100-cü deputat köməkçisinin işə qəbul edildiyini də bildirib. Onun sözlərinə görə, deputat köməkçilərinin tam əksəriyyəti standartlara cavab verir: “Hələlik onlardan heç bir şikayət daxil olmayıb”. “Dini etiqad azadlığı haqqında” qanunun yenidən qəbul edilməsinə ehtiyac görmədiyini deyən S. Mirzəyev bildirib ki, bu qanun Avropa ölkələri tərəfindən tədqiq edilən yeganə Azərbaycan qanundur. Ölkədə dini münasibətlərlə bağlı məsələyə toxunan MM Aparatının rəhbəri Azərbaycanın dünyəvi dövlət olduğunu da xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR