Bank Of Baku

Robert Simmons: “NATO Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmur”

Robert Simmons: “NATO Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmur”
# 28 sentyabr 2007 16:24 (UTC +04:00)
“NATO Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olmur”. APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. O bildirib ki, NATO ATƏT-in Minsk Qrupunun problemin dinc yola həllinə yönəlmiş səylərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. R. Simmons Cənubi Qafqaz ölkələrinin Silahlı Qüvvələri arasında balansın pozulması məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan hökuməti Gürcüstandan çıxarılan Rusiya hərbi texnikasının Ermənistana göndərilməsindən narahat olduğunu bildirib. Xüsusi nümayəndə deyib ki, bu cür məsələlər Avropada Adi Silahlar haqqında Müqaviləyə uyğun həll edilməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR