Bank Of Baku

Ermənistanın BMT-dəki səfiri Azərbaycanın və GUAM-ın təşəbbüslərini əngəlləyəcəklərini bildirib

Ermənistanın BMT-dəki səfiri Azərbaycanın və GUAM-ın təşəbbüslərini əngəlləyəcəklərini bildirib
# 29 sentyabr 2007 08:00 (UTC +04:00)
“BMT Baş Assambleyasının qətnamələri hər hansı siyasi və hüquqi qüvvəyə malik olmasa da, biz Ermənistanın milli maraqlarının əleyhinə yönəlmiş qətnamələrin qəbuluna yol verməmək üçün apardığımız işi davam etdirəcəyik”. APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi, səfir Armen Martirosyan deyib. O bildirib ki, Baş Assambleyanın gündəliyində Ermənistanın əleyhinə iki təşəbbüs olsa da, hələlik onların qəbulu üçün ciddi addımlar atılmayıb: “Əlbəttə, biz də təşəbbüslə çıxış edə bilərik, amma hazırkı məqamda bunun siyasi baxımdan məqsədəuyğun olduğunu düşünmürük”. Səfir qeyd edib ki, onların BMT-dəki fəaliyyəti nəticəsində indiyədək İrəvanın əleyhinə hər hansı sənəd qəbul olunmayıb. Ermənistan Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, hazırda BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyində Dağlıq Qarabağ münaqişəsinə birbaşa aidiyyəti olan iki məsələ var. Bunlardan biri Azərbaycan, digəri isə GUAM tərəfindən təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR