Bank Of Baku

Rəsul Quliyev hakimiyyətlə danışıqlar apardığına dair məlumatı təkzib edib

Rəsul Quliyev hakimiyyətlə danışıqlar apardığına dair məlumatı təkzib edib
# 29 sentyabr 2007 08:38 (UTC +04:00)
“Mən heç kimlə danışıqlar aparmıram və hakimiyyətlə danışıq aparmaq üçün heç kimə tapşırıq verməmişəm. Bu barədə deyilənlərin heç bir əsası yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev deyib. Yaxınlarının hakimiyyətlə danışıqlara başlaması ilə bağlı yayılan məlumata aydınlıq gətirən keçmiş parlament sədri bunların şayiə olduğunu bildirib. O, həmin xəbərləri yayanların ona məlum olduğunu qeyd etsə də, konkret ad çəkməyib: “KİV-lərin elektron poçtuna istənilən qədər bu tipli şayiə, təhqir xarakterli məlumatlar göndərmək olar. Amma bunları dərc etmək və ya kimdənsə bu məsələyə fikir bildirməyi istəmək düzgün deyil. Ona görə də hesab edirəm ki, birinci növbədə bu şayiənin mənbəyini müəyyənləşdirmək lazımdır”.
Qeyd edək ki, ötən gün APA-nın elektron poçtuna eks-spikerin Azərbaycan hakimiyyəti ilə barışıq əldə etmək məqsədilə danışıqlara başlaması haqda informasiya daxil olub. Həmin informasiyada danışıqları Rəsul Quliyevin qardaşı Telman Quliyevin və vaxtıilə eks-spikerin biznes ortağı olmuş Cahangir Quliyevin apardığı bildirilir. C. Quliyev APA-ya açıqlamasında bu xəbərin doğru olmadığını deyib. T. Quliyevlə əlaqə saxlamaq isə mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR