Bank Of Baku

Azərbaycanın Ukraynadakı səfirliyi: “Seçkilərin nəticələrindən asılı olmayaraq iki ölkə münasibətlərində dəyişiklik yaranmayacaq”

Azərbaycanın Ukraynadakı səfirliyi: “Seçkilərin nəticələrindən asılı olmayaraq iki ölkə münasibətlərində dəyişiklik yaranmayacaq”
# 29 sentyabr 2007 09:20 (UTC +04:00)
“Ukraynada sabah keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olmayaraq Azərbaycanla bu ölkənin münasibətlərində dəyişiklik yaranmayacaq. İki ölkə arasında əlaqələr strateji xarakter daşıyır”. Bunu APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər. Səfirlikdən deyiblər ki, Məzahir Pənahovun başçılığı ilə Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti hazırda Ukraynadadır. Onlar sentyabrın 30-da müxtəlif yerlərdə səsvermənin gedişini izləyəcəklər. Bundan başqa, 4 azərbaycanlı deputat Qənirə Paşayeva, Eldar İbrahimov, Fərrux Zeynalov və Ərəstun Cavadov da beynəlxalq missiyaların tərkibində seçkini müşahidə edəcəklər. Azərbaycandakı Ukrayna səfirliyində də seçki məntəqəsi yaradılıb. Bu ölkənin hazırda Azərbaycanda olan təxminən 200 vətəndaşı burada səs verəcək.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 4 azərbaycanlının namizədliyi irəli sürülüb. Bunlar Eduard Zeynalov, Burzu Əliyev, Vilayət Quliyev və Sənan Ələkbərovdur. Prezidenti dəstəkləyən “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun siyahısında təmsil olunan E. Zeynalov 76-cı, B. Əliyev 107-ci yerdədir. Vladimir Litvinin Blokundan namizədliyi irəli sürülən Vilayət Nuriyev 186-cı, “Aqrar Ukrayna” blokundan namizəd olan Sənan Ələkbərov isə 7-ci pillədədir. Onlardan ikisinin - E. Zeynalov və B. Əliyevin Ali Radaya üzv seçilmək şansı yüksəkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR