Bank Of Baku

Nikolay Bordyuja: “Azərbaycan və Gürcüstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təhlükə törətmir”

Nikolay Bordyuja: “Azərbaycan və Gürcüstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təhlükə törətmir”
# 29 sentyabr 2007 10:52 (UTC +04:00)
“Azərbaycan və Gürcüstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri üçün təhlükə törətmir”. APA-nın məlumatına görə, bunu KTMT-nin baş katibi Nikolay Bordyuja qurumun Müdafiə Nazirləri Şurasının Bişkekdə keçirilən yığıncağından sonra bildirib. Azərbaycan və Gürcüstanın hərbi büdcələrinin artırılmasının KTMT ölkələri üçün təhdid olub-olmadığına dair sualı cavablandıran N. Bordyuja heç vaxt gelə bir söz işlətmədiyini deyib: “Bu ölkələr MDB sisteminə daxil olan dost dövlətlərdir”. O, yalnız bir məsələdən Qafqazda baş verən son proseslərdən narahat olduqlarını söyləyib: “Digər tərəfdən, hərbi fəaliyyətlərin aktivləşməsi, hərbi büdcələrin artırılması da bizi narahat edir. Çünki harada çoxlu silah varsa, orada çoxlu problem var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR