Bank Of Baku

DAK Şah İsmayıl Xətainin 520 illik yubleyini qeyd edəcək

DAK Şah İsmayıl Xətainin 520 illik yubleyini qeyd edəcək
# 29 sentyabr 2007 11:25 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyi Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin 520 illik yubileyinin qeyd olunması ilə bağlı iclas keçirib. Nümayəndəlikdən APA-ya daxil olan məlumata görə, iclasda iştirak edən AMEA-nın Tarix İnstitutunun orta əsrlər tarixi şöbəsinin müdiri Oqtay Əfəndiyev Şah İsmayılın həyat yolu haqda danışıb və onunla bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən digər şəxslərin çıxışlarından sonra oktyabrın sonunda Şah İsmayılın babası Şeyx Cüneydin məqbərəsinin ziyarət olunması və Xətai rayonu ərazisində açıq havada kütləvi tədbirin keçirilməsi qərara alınıb. Tədbirdə həmin dövrün silahları, geyimləri və musiqi alətlərindən istifadə olunması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR