Bank Of Baku

Deputat Elton Məmmədov Rusiya Federasiyasına səfər edib

Deputat Elton Məmmədov Rusiya Federasiyasına səfər edib
# 01 oktyabr 2007 07:42 (UTC +04:00)
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov oktyabrın 1-dən 8-dək Rusiya Federasiyasında səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər zamanı E. Məmmədov Sankt-Peterburq şəhərində Demokratiyanın İnkişaf Etdirilməsi, Parlamentarizmin Möhkəmləndirilməsi və Vətəndaşların Səsvermə Hüquqlarının Təmin Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun təşkil etdiyi seminarda iştirak edəcək. Seminarda MDB Parlament Assambleyasına üzv ölkələrdə seçkilər prosesinin müşahidəsi barədə fikir mübadiləsi aparılacaq. Oktyabrın 5-də Milli Məclisin deputatı Tomsk Dövlət Memarlıq-İnşaat İnstitutunun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Tomsk şəhərinə yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR