Bank Of Baku

Qənirə Paşayeva Ukrayna prezidenti və baş naziri ilə görüşüb

Qənirə Paşayeva Ukrayna prezidenti və baş naziri ilə görüşüb
# 01 oktyabr 2007 08:17 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının tərkibində Ukraynada keçirilən növbədənkənar parlament seçkilərini izləyən Milli Məclisin deputatı Qənirə Paşayeva prezident Viktor Yuşşenko və baş nazir Viktor Yanukoviçlə görüşüb. Q. Paşayeva APA-ya açıqlamasında missiyanın üzvü, britaniyalı deputat Maykl Henkokla birlikdə keçirdiyi görüşlərdə Ukraynadakı seçkilər və seçkidən sonrakı vəziyyət, eləcə də Azərbaycan-Ukrayna münasibətlərinin müzakirə olunduğunu bildirib: “Onların hər ikisi Azərbaycanın Ukrayna üçün vacib ölkə, strateji tərəfdaş və müttəfiq olduğunu, Azərbaycanın inkişafını həmişə dəstəklədiklərini, əlaqələrin daha sürətlə inkişafı üçün böyük potensialın mövcudluğunu söylədilər”. Q. Paşayevanın sözlərinə görə, prezident V. Yuşşenko Ukrayna ilə Azərbaycanın GUAM və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığını yüksək qiymətləndirib. Azərbaycanlı millət vəkili isə öz növbəsində Ukrayna prezidentinə AŞPA-da iki ölkənin nümayəndə heyətləri arasında əməkdaşlıq və GUAM ölkələrinin əməkdaşlığının koordinasiyası barədə öz fikirlərini çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR