Bank Of Baku

İslam Partiyası Əli Bayramlı təşkilatının sədri rəhbərliyi fəaliyyətsizlikdə ittiham edib

İslam Partiyası Əli Bayramlı təşkilatının sədri rəhbərliyi fəaliyyətsizlikdə ittiham edib
# 01 oktyabr 2007 09:43 (UTC +04:00)
“Qurultaydan sonra İslam Partiyasının fəaliyyətində ciddi dönüş olacağını və aktiv fəaliyyət göstərəcəyini düşünürdük. Lakin qurultayın keçirildiyi iyul ayından bu günə qədər partiyanın fəaliyyəti hiss olunmur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyası (AİP) Əli Bayramlı rayon təşkilatının sədri Vəliyullah Cəlilov deyib. O bildirib ki, partiyanın qurultayından 3 ay vaxt keçməsinə baxmayaraq, nə təşkilatın sədri, nə də quruma rəhbərlik edənlər rayon təşkilatlarının vəziyyəti ilə maraqlanmayıblar. V. Cəlilov partiyanın fəaliyyətinin qeyri-rəsmi şəklidə dondurulduğunu da söyləyib: “Ölkədə siyasi aktivlik hiss olunmasa da, partiyadaxili məsələlərdə canlanma duyulur. Əksər partiyalar prezident seçkilərinə hazırlığa başlayıblar. Amma qurultayımızdan 3 ay vaxt ötsə də, İslam Partiyasında heç rəhbər struktur formalaşdırılmayıb, qurumun Baş Məclisinin toplantısı keçirilməyib. Əgər partiyada aktivlik yoxdursa, deməli, təşkilatın fəaliyyəti dondurulub”. AİP sədrinin müavini vəzifəsini icra edən Rövşən Əhmədli isə bildirib ki, bu gün ölkədəki siyasi ab-hava İslam Partiyasına da sirayət etdiyindən təşkilatın fəaliyyətində aktivlik duyulmur. O, təkcə İslam Partiyasının fəaliyyətsizlikdə ittiham olunması fikri ilə razılaşmayıb. R. Əhmədli partiya Baş Məclisinin yığıncağının oktyabrın sonuna qədər keçiriləcəyinə ümid etdiyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR