Bank Of Baku

Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb
# 01 oktyabr 2007 11:20 (UTC +04:00)
Bununla belə sessiyada bir sıra maraqlı proseslərin baş verəcəyi gözlənilir. Plenar iclasın açılış mərasimində qurumun prezidenti Rene van der Linden, daha sonra AŞPA-ya qonaq qismində dəvət olunmuş Çernoqoriya prezidenti Filipp Vijanoviç çıxış edəcəklər. Günü ikinci yarısı isə bütünlüklə Avropada miqrasiya problemlərinə həsr olunacaq. Bu mövzu ilə əlaqədar bir neçə hesabatın dinlənməsi nəzərdə tutulur. Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə dair 11351 saylı məruzəsini parlamentarlara təqdim edəcək. Bu mövzu ilə əlaqədar Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brunso Makkinleyin çıxışı gözlənilir. Bundan əlavə sessiyada Azərbaycan üçün maraqlı olan məsələlərdən diffamasiya məsələsi, Avropa Şurasının büdcəsi və s. müzakirə olunacaq. Bir həftə davam edəcək sessiya ərzində Avropa Şurasının prezidentinin dəvəti ilə bir neçə ölkənin rəhbəri və siyasi xadimlər AŞPA-nın işinə qonaq qismində qatılacaqlar. Dəvət olunmuş qonaqlar sırasında Milli Məclisin spikeri Oqtay Əsədov, Çernoqoriya prezidenti Filipp Vujanoviç, Türkiyə prezidenti Abdullah Gül, Ümumrusiya patriarxı II Aleksi, Asiya parlamentinin sədri və İran parlamentinin spikeri Qulaməli Adel Xəddad, Moldova parlamentinin spikeri Maria Lupu da var. Oqtay Əsədov AŞPA-nın oktyabrın 3-4-də keçiriləcək iclaslarında iştirak edəcək. Onun səfər çərçivəsində AŞPA-nın baş katibi Terri Devis, AŞPA prezidenti Rene van der Linden, “Aqo Qrupu”nun rəhbəri ilə görüşü nəzərdə tutulur. Bundan başqa parlamentin spikeri oktyabrın 3-də Türkiyə prezidenti Abdullah Güllə görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR