Bank Of Baku

Demokratiya Uğrunda İttifaq ziyalıların Dağlıq Qarabağa səfərlərinin əleyhinədir

Demokratiya Uğrunda İttifaq ziyalıların Dağlıq Qarabağa səfərlərinin əleyhinədir
# 01 oktyabr 2007 12:09 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, toplantıda qurum tərəfindən Seçki Məcəlləsi ilə bağlı siyasi partiyalara və QHT-lərə ünvanlanacaq təkliflər müzakirə edilib. Qarabağ münaqişəsi haqqında prezidentə təqdim olunmaq üçün DUİ-nin işçi qrupu tərəfindən hazırlanan təkliflər paketinin son nümunəsi üzərində də müzakirələr aparıldığını deyən M. Mirəlioğlu bir qrup ziyalının Dağlıq Qarabağa səfərinə də münasibət bildirildiyini söyləyib: “DUİ bu kimi səfərlərdə iştirak edən şəxslərin Azərbaycan xalqını təmsil etmədiyi və ermənilərlə belə görüşlərin milli maraqlara zidd olduğu qənaətindədir. Cəmiyyət bu səfərlərə etirazını bildirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR