Bank Of Baku

Azərbaycan nümayəndə heyətinin üzvləri ATƏT Parlament Assambleyasında çıxış ediblər

Azərbaycan nümayəndə heyətinin üzvləri ATƏT Parlament Assambleyasında çıxış ediblər
# 01 oktyabr 2007 12:17 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının Sloveniyanın Portoros şəhərində keçirilən payız sessiyası davam edir. Milli QHT Forumunun prezidenti Azay Quliyev tədbirdə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. Forumdan APA-ya verilən məlumata görə, Azərbaycanda milli azlıqların təhsili haqqına danışan millət vəkili bildirib ki, ölkədə milli azlıqların öz dillərində təhsil almaq, müxtəlif nəşrlərə, radio və televiziyaya malik olmaq hüquqları var. Ölkədə ümumi təhsilin Azərbaycan dili ilə yanaşı rus və gürcü dillərində də aparıldığını vurğulayan A. Quliyev hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın inzibati mərkəzi Xankəndində həmişə erməni dilində ali və orta məktəblərin fəaliyyət göstərdiyini söyləyib: “Ancaq Ermənistanda, erməni işğalında olan Dağlıq Qarabağda ümumiyyətlə, Azərbaycan məktəbi qalmayıb”. A. Quliyev Azərbaycanda bir milyondan artıq qaçqının mövcud olduğunu diqqətə çatdırıb. Avropanın enerji təhlükəsizliyində və alternativ enerji mənbələri ilə təmin olunmasında Azərbaycanın rolunu xüsusilə qeyd edən millət vəkili deyib ki, Bakı-Tiflis-Ceyhan neft, eləcə də Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin çəkilişi regionu Avropaya sıx bağlayır. A. Quliyev dövlətlərarası müasir iqtisadi və mədəni əməkdaşlıq üçün təhlükə mənbəyi olan təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsinin regionda hər an başlana biləcək hərbi əməliyyatlara rəvac verə biləcəyini də deyib. Sessiyada digər Azərbaycan deputatları da çıxış edib. Qeyd edək ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədr müavini Bahar Muradova rəhbərlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR