Bank Of Baku

Hicabla bağlı yaranmış problem Azərbaycan Milli Məclisində müzakirə mövzusuna çevrilib

Hicabla bağlı yaranmış problem Azərbaycan Milli Məclisində müzakirə mövzusuna çevrilib
# 01 oktyabr 2007 12:23 (UTC +04:00)
Arzu Səmədbəyli əhalinin maaşlarının artırılmasının zəruriliyini bildirib. Fazil Qəzənfəroğlu son günlər təhsil müəssisələrində baş örtüyü ilə bağlı meydana çıxan problemlərə toxunub və Milli Məclisin məsələyə münasibət bildirməsini istəyib. Pənah Hüseyn də Ramazan ayında bu cür problemlərin ortaya çıxmasından təəssüfləndiyini deyib. O, 7 jurnalistin həbsdə olmasının Azərbaycanın nüfuzuna xələl gətirdiyini deyib, Milli Məclisdə fraksiya yaratmaq üçün tələb olunan sayının endirilməsini, vitse-spikerlərdən birinin müxalifətçi olmasını təklif edib. İqbal Ağazadə həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, “Siyasi partiyalar haqqında” və “Sərbəst toplaşma azadlığı haqqında” yeni qanunların qəbul olunmasını, Seçki Məcəlləsinə dəyişiklik edilməsini istəyib. İkram İsrafil Naxçıvanda “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevin həbs olunmasını qanunsuz adlandırıb və buna qiymət verilməsini tələb edib. O, Milli Məclisin deputatlarının 23 ölkədə ezamiyyətdə olduqlarını xatırladaraq, müsavatçı deputatların bu tərkibə daxil edilməməsinin səbəbi ilə maraqlanıb. Spiker O. Əsədov bununla bağlı hər hansı problemin olmadığını deyib.
Gülər Əhmədova və Səyavuş Novruzov isə müxalifəti ölkədə gedən inkişafı görməməkdə suçlayıblar. S. Novruzov ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersini müxalifətçilərlə müqayisə edib: “Çox təəssüf ki, ABŞ səfiri iclasdan tez getdi, bizim müxalifətçilər kimi iclasda yarım saat iştirak etdi. O bizim qanunvericilik təşəbbüsü ilə olan çıxışlarımızı belə dinləmədi”. Zahid Oruc majoritar seçki sisteminin özünü doğrultmadığını deyərək, proporsional sistemin bərpasını təklif edib. Sabir Rüstəmxanlı şəhərsalmanın prinsiplərinin pozulmasından gileylənib. O, məmurların övladlarının ana dilində təhsil almasının qanunla tənzimlənməsinin vacibliyini vurğulayıb. Elmira Axundova Bakıda ekoloji vəziyyətin təhlükəli həddə çatdığını deyib. Qüdrət Həsənquliyev isə Konstitusiyaya əsasən, dinin dövlətdən ayrı olduğunu, bu səbəbdən də dövlət təhsil müəssisələrində baş örtüyünə icazə verilməməsinin qanuni olduğunu bildirib: “Artıq hicabı baş örtüyü kimi yox, atribut kimi gəzdirirlər. Azanı canlı yox, mikrofonla, səsgücləndiricilərlə verirlər. Ölkədə nə qədər yaşlı, xəstə adam var. Ona görə də bu cür məsələlərə imkan verilməməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR