Bank Of Baku

Böyük Britaniya kraliçasının oğlu Bakıya gəlib

Böyük Britaniya kraliçasının oğlu Bakıya gəlib
# 01 oktyabr 2007 13:40 (UTC +04:00)
Böyük Britaniya kraliçası İkinci Yelizavetanın oğlu, əlahəzrət York hersoqu Endryu Albert Xristian Edvard bu gün Bakıya ikigünlük işgüzar səfərə gəlib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, York hersoqu Bakıda yüksək səviyyəli görüşlər keçirəcək, Britaniya aviaşirkətinin ofisinin açılış mərasimində iştirak edəcək, britaniyalı biznesmenlərlə görüşəcək.
Qeyd edək ki. Böyük Britaniyanın ticarət və investisiya məsələləri üzrə xüsusi nümayəndəsi olan York hersoqu son iki ildə Azərbaycana üçüncü dəfədir səfər edir. O, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin işə salınması və Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin yekunlaşması ilə bağlı mərasimlərə qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR