Bank Of Baku

Elmar Məmmədyarov ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşəcək

Elmar Məmmədyarov ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşəcək
# 01 oktyabr 2007 13:45 (UTC +04:00)
Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirməkdə davam edir. XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, bu gün E. Məmmədyarov Kosta-Rika, Monqolustan və Meksika xarici işlər nazirləri ilə görüşəcək. Nazir həmçinin ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri ilə bir araya gələcək.
Qeyd edək ki, oktyabrın 3-də E. Məmmədyarovun Baş Assambleyada çıxışı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR