Bank Of Baku

Əvəz Temirxan: “Seçki Məcəlləsi ilə bağlı müzakirələr “Azadlıq” blokunun xidmətidir”

Əvəz Temirxan: “Seçki Məcəlləsi ilə bağlı müzakirələr “Azadlıq” blokunun xidmətidir”
# 01 oktyabr 2007 14:04 (UTC +04:00)
“Məhz “Azadlıq” blokunun sərt mövqeyi nəticəsində iqtidar və müxalifət arasında Seçki Məcəlləsinin müzakirəsinin aparılması ilə bağlı təkliflər reallaşır. Blok prinsipiallıq göstərərək axıra kimi təslim olmamaq fikrindədir”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunda təmsil olunan Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bildirib. Blokun fəaliyyətini müsbət qiymətləndirən Ə. Temirxan deyib ki, indiki şəraitin imkan verdiyi dərəcədə nə əldə etmək nə mümkündürsə, blok bunu edib. “Belə fəaliyyətlə ölkədə hər hansı dəyişikliyə nail olmaq nə qədər realdır” sualını cavablandıran partiya funksioneri hesab edir ki, dəyişikliyə nail olmaq üçün birinci növbədə seçki komissiyalarının tərkibi dəyişməlidir: “Bu gedişlə biz iqtidara qarşı təzyiq üsullarını gücləndirib konstitusion yolla hakimiyyət dəyişikliyinə nail olacağıq”. Blokun radikal mövqe tutduğunu vurğulayan Ə. Temirxan enerji daşıyıcılarının qiymətlərinin artırılmasına etiraz olaraq keçirdikləri aksiyanı nümunə gətirib: “Bizim şəhərin kənarında aksiya keçirmək fikrimiz yoxdur. Müsavat isə yenə də şəhərdən kənarda aksiya keçirmək fikrindədir. Bizə bu aksiyada iştirakla bağlı təklif olsa, yenə mənfi cavab veriləcək”. Ə. Temirxan yaxın gələcəkdə “Azadlıq” blokunun formatının genişləndirilməsi məsələsinin gündəmə gələcəyini istisna etməyib: “Amma blok kimin hesabına genişlənəcək, bu barədə vaxtından əvvəl bir şey demək olmaz. O partiyalar bizimlə bir yerdə olacaq ki, fikirlərimiz üst-üstə düşsün”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR