Bank Of Baku

Siyasi partiyalar Seçki Məcəlləsi ilə bağlı yeni təkliflər paketi hazırlayır

Siyasi partiyalar Seçki Məcəlləsi ilə bağlı yeni təkliflər paketi hazırlayır
# 01 oktyabr 2007 14:39 (UTC +04:00)
Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müxalifətin vahid mövqedən çıxış etməsi üçün partiyalar arasında növbəti danışıqlar başlayıb. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, artıq bununla bağlı təkliflər hazırlanıb və bir neçə partiyaya təqdim olunub. O, müzakirələrin hələlik müxalifətin altı təşkilatının birləşdiyi Məsləhət Şurasında aparıldığını qeyd edib: “Bu təkliflər qurumsa təmsil olunan partiyalar tərəfindən müzakirə edilir. Biz istəyirik ki, bunu təkliflər paketi kimi hazırlayıb, həm beynəlxalq təşkilatlara, həm də dövlət qurumlarına təqdim edək. Digər partiyalara da müraciət edəcəyik ki, razılaşacaqları halda sənədə imza atsınlar. Çünki bu, müxalifətin ümumi mövqeyi kimi təqdim olanarsa, daha böyük effekt verə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR