Bank Of Baku

Azərbaycanla Qazaxıstan arasında 2008-ci ildə hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycanla Qazaxıstan arasında 2008-ci ildə hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanacaq
# 01 oktyabr 2007 15:25 (UTC +04:00)
Oktyabrın 8-də Azərbaycana gələcək Qazaxıstanın müdafiə naziri Danial Əhmədovun səfəri zamanı hərbi sahədə ikitərəfli əlaqələrin inkişafı müzakirə olunacaq. Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib. O bildirib ki, nazirlər 2008-ci ildə hərbi sahədə əməkdaşlığa dair sənəd imzalayacaq. Hazırda sənədin məzmunu razılaşdırılır. Səfir iki ölkə arasında hərbi sahədə ümumi müqavilənin mövcud olduğunu xatırladaraq bu müqavilə əsasında periodik olaraq əməkdaşlıq sazişləri imzalandığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR