Bank Of Baku

Avropa Məhkəməsi Sərdar Cəlaloğlunun 2003-cü ildə həbs olunması ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Avropa Məhkəməsi Sərdar Cəlaloğlunun 2003-cü ildə həbs olunması ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
# 01 oktyabr 2007 15:26 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Avropa Məhkəməsinə etdiyi daha bir müraciətlə bağlı məhkəmə rəhbərliyi ilə Azərbaycan hökuməti arasında kommunikasiya başlayıb. S. Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, bu onun 2003-cü ilin 16 oktyabrında qeyri-qanuni həbs olunması ilə bağlı məsələdir. Partiya sədri məhkəmənin hökumətə sorğu göndərdiyini və bu sorğunu cavablandırmaq üçün Azərbaycan tərəfinin 3 aylıq vaxt istədiyini qeyd edib. O, noyabrın sonunda bu müddətin başa çatacağını qeyd edib: “O zaman mən paytaxtda baş verən qarşıdurmada iştirak etməmişəm, barəmdə qaldırılan cinayət işi düz olmayıb, heç bir əsas olmadan məni həbs ediblər, məhkəmənin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm, bunun 1 il 6 ayını həbsdə qalmışam. Bu müddətdə çox ciddi şəraitdə saxlanılmışam, səhhətimə pis təsir edib. Bununla, Avropa İnsan Haqları Konvensiyasının 5, 6, 8-ci maddələri pozulub. Avropa Məhkəməsinə də bununla bağlı müraciət etmişəm və inanıram ki, məhkəmə xeyrimə qərar qəbul edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR