Bank Of Baku

Gültəkin Hacıyeva AŞPA-nın payız sessiyasında “Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti” adlı məruzə ilə çıxış edib

Gültəkin Hacıyeva AŞPA-nın payız sessiyasında “Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti” adlı məruzə ilə çıxış edib
# 01 oktyabr 2007 15:50 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Gültəkin Hacıyeva məruzəsində bu təşkilatın fəaliyyəti ilə bağlı Avropa Şurası və üzv ölkələri maraqlandıran məsələlər və təşkilatın xidmətlərindən yararlanmaq prosesinə toxunub. Tövsiyə xarakterli məruzədə miqrantların əsas ehtiyacları, üzləşdiyi problemlər və s. məsələlər öz əksini tapıb. Məruzədə 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycandan misallar çəkən Gültəkin Hacıyeva SSRİ dağıldıqdan sonra ölkəyə digər yerlərdən də miqrasiya prosesinin müşahidə olunduğunu bildirib. O, münaqişələr ucbatından Azərbaycanın Əfqanıstan, İraq və Çeçenistandan qaçqınları qəbul etmək məcburiyyətində qaldığını deyib. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda üç bürosunun fəaliyyət göstərdiyini deyən məruzəçi bu büroların layihələrin gerçəkləşməsində, miqrasiya prosesinin idarə olunması üçün səriştələrin inkişafında hökumətə yaxından köməklik etdiyini deyib və xüsusilə Naxçıvanda aparılan işləri yüksək qiymətləndirib. Məruzədə qeyd olunur ki, bu region anklav olduğundan və Ermənistan tərəfdən blokada vəziyyətində saxlandığından burada miqrasiya problemi özünü daha qabarıq göstərir. Daha sonra parlamentarlar məruzə ətrafında çıxışlar edib və hazırlanan sənədi yüksək qiymətləndiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR