Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib
# 01 oktyabr 2007 16:13 (UTC +04:00)
Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyində növbəti kollegiya iclası keçirilib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirilən tədbirlər, donor təşkilatların texniki yardımlarının əlaqələndirilməsi mexanizminin qurulması, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun inkişafı konsepsiyasının hazırlanması, sahibkarlığın dəstəklənməsinin təşkilatı-iqtisadi modellərinin yaradılması istiqamətində görülən işlərin vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.
İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Heydər Babayev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR