Bank Of Baku

Oktyabrın 14-də ADP Məclisinin iclası keçiriləcək

Oktyabrın 14-də ADP Məclisinin iclası keçiriləcək
# 01 oktyabr 2007 16:23 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin bu gün genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ADP-nin Bakı şəhər təşkilatlarının rəhbərləri də iştirak edib. İclasda ictimai-siyasi vəziyyət və partiyanın yaxın gələcəkdə atacağı addımlar müzakirə edilib. Təşkilati məsələlərin müzakirəsi zamanı oktyabrın 14-də partiya Məclisinin növbəti iclasının keçirilməsi qərara alınıb. İdarə Heyətinin iclasında həmçinin Məclisin gündəlik layihəsi də hazırlanıb. İclasda əsasən partiyanın növbəti prezident seçkiləri ilə bağlı atacağı addımlar müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR