Bank Of Baku

AŞPA Bürosu Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər siyahısını geri qaytarıb

AŞPA Bürosu Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər siyahısını geri qaytarıb
# 01 oktyabr 2007 17:07 (UTC +04:00)
Bu barədə APA-nın Avropa bürosuna açıqlama verən Hakimlərin Seçilməsi üzrə Alt Komitənin katibliyinin rəhbəri Andrey Djemşevski siyahının geri qaytarılmasına səbəb kimi namizədlərin qeyri-bərabər imkanlara malik olmasını göstərib. Onun sözlərinə görə, Alt Komitənin qaydalarına görə, Avropa İnsan Hüquqları Məhkəməsinə namizədliyi irəli sürülən şəxslər təcrübə, bilik və bacarıq baxımından eyni imkanlara malik olmalıdır: “Bu, qaydalar seçkilərin ədalətli keçməsi üçün tətbiq olunur. Azərbaycanla bağlı məsələdə isə namizədlərin bərabər imkanları prinsipi pozulub”. Qeyd edək ki, rəsmi Bakı Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakim seçilmək üçün hazırda bu qurumda ölkəmizi təmsil edən Xanlar Hacıyevin (51 yaş), Ali Məhkəmənin hakimi Zakir Quliyevin (43 yaş) və Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müşaviri Sədaqət Novruzovanın (32 yaş) namizədliyini irəli sürüb. Avropa Şurası Parlament Assambleyasının Bürosunun qərarı ilə Azərbaycan tərəfi Alt Komitənin prosedurlarına uyğun olaraq təyin olunmuş müddətdə yeni namizədlər siyahısını təqdim etməlidir. Belə olan təqdirdə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakimin seçkisi AŞPA-nın yanvar sessiyasında keçirilə bilər. Bu müddətə kimi isə Azərbaycandan olan hakimin səlahiyyətlərini Xanlar hacıyev yerinə yetirəcək. 2003-cü il oktyabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi seçilmiş Xanlar Hacıyevin səlahiyyət müddəti oktyabrın 31-də başa çatsa da, bu müddət 2008-ci ilin yanvar ayına kimi uzadılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR