Bank Of Baku

BMT İnsan Hüquqları Şurasında Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul olunub

BMT İnsan Hüquqları Şurasında Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul olunub
# 02 oktyabr 2007 08:43 (UTC +04:00)
Layihə Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin Ermənistan tərəfindən dağıdılmasına beynəlxalq birliyin münasibətini əks etdirməyə və yekdil mesajını göndərməyə yönəlib. Bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən hazırlanan və işğal altındakı ərazilərdə mədəni mülkiyyətin Ermənistan tərəfindən dağıdılmasına dair faktları əks etdirən təfsilatlı məlumat İnsan Hüquqları Şurasının VI sessiyasının rəsmi sənədi qismində yayılıb. Qətnamə yenicə təsis edilmiş İnsan Hüquqları Şurasında VI sessiya çərçivəsində konsensusla qəbul olunan ilk sənəd olub. Layihənin müzakirəsi ilə bağlı Azərbaycan tərəfi açıq tərkibli məsləhətləşmə keçirərək hökumət və qeyri-hökumət nümayəndə heyətlərinin fikirlərini öyrənib. Sənədin konsensusla qəbul olunmasını təmin etmək məqsədilə Azərbaycan nümayəndə heyəti əsas fəallıq göstərən regional qrupların iclasında qonaq qismində iştirak edərək təşəbbüsün təqdimatını keçirib və verilən sualları cavablandırıb. İnsan Hüquqları Şurasının gündəliyinin III bəndi üzrə qəbul olunmuş qətnaməyə 12 dövlət müəllif, 16 dövlət isə həmmüəllif qismində qoşulub.
Öz növbəsində Ermənistan tərəfi də şurada Azərbaycanın Naxçıvan Muxtar Respublikası və digər ərazilərində erməni tarixi-mədəni abidələrinin dağıdılması haqqında rəsmi sənəd yayıb. Bundan başqa, İrəvanın mədəni irsin qorunmasına dair təqdim etdiyi qətnamə layihəsi də yekdilliklə təsdiqlənib. Bu sənədə Misir, Əlcəzair, Tunis kimi ərəb ölkələri, eləcə də Rusiya, Belarus və Qazaxıstan həmmüəlliflik edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR