Bank Of Baku

Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin nəticələri açıqlanıb

Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin nəticələri açıqlanıb
# 02 oktyabr 2007 10:31 (UTC +04:00)
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin yekunları: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz dövlət orqanlarının informasiya açıqlığının vəziyyəti ilə bağlı monitorinqin nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, “informasiya açıqlığı” kriteriyası əsasında hazırlanan reytinq cədvəlində ilk yeri 46,5 faizlə Vergilər Nazirliyi, ikinci yeri 46 faizlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, üçüncü yeri 34,7 faizlə Daxili İşlər Nazirliyi tutub: “Bu qurumlar uzun müddətdən bəri öz internet resursu vasitəsilə vətəndaşlarla birbaşa, çevik əlaqələrin qurulmasına diqqət yetirməsi ilə fərqlənir. Bu qurumun saytında monitorinq aparılan 40 parametrin xeyli hissəsi üzrə informasiya yerləşdirilib. Reytinq cədvəlində informasiya açıqlığı üzrə ən aşağı yerləri Milli Televiziya və Radio Şurası, Satınalmalar üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, Milli Məclis, İnsan Hüquqları Müvəkkili, Müəllif Hüquqları Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti tutub. Kifayət qədər ictimai əhəmiyyət kəsb edən Mədəniyyət və Turizm Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Taarif Şurası və Miqrasiya Xidmətinin və digərlərinin internet resursları hələ hazırlanmayıb”. O. Gündüz rəsmi saytların informasiya baxımından qanunvericiliyin tələblərinə yetərincə cavab verilmədiyini də deyib: “Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturu qurulmalıdır. Qanunun icrasına nəzarət məqsədi ilə yaradılmalı olan İnformasiya Müvəkkili İnstitutunun formalaşdırılması sürətləndirilməlidir”. Dəyirmi masada Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi Vüqar Tofiqli “Bələdiyyələrdə informasiya açıqlığının vəziyyəti” mövzusunda məruzə edib. O bildirib ki, bələdiyyələrin yaradıldığı 7 il ərzində yalnız 8 bələdiyyədə internet resursu yaradılıb, 5-də isə bu sistem yaradılmaqdadır. V. Tofiqli bir sıra bələdiyyələrin internet resursu yaratmaqda maraqlı olmadıqlarını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR